"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində bu gün növbəti matçını keçirəcək. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi H qrupunda "Mikonos"la (Yunanıstan) qarşılaşacaq.

 

Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 20:00-da start götürəcək.

 

"Neftçi" buna qədər keçirdiyi beş oyunda da uduzub. Komanda qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb.