Misli Premyer Liqasında XI turun rəmzi komandası bəlli olub. Sport24.az xəbər verir ki, turun ən yaxşı futbolçularından ibarət "11-liy"i "Sofascore" platforması tərtib edib.

Rəmzi komandada "İmişli", "Sumqayıt" və "Şəfa"dan 2, "Zirə", "Qəbələ", "Şamaxı", "Turan Tovuz" və "Neftçi"dən isə 1 futbolçu yer alıb.

Maraqlıdır ki, "Qarabağ" və "Sabah"ın heç bir oyunçusu rəmzi komandaya düşməyib. Ağdam klubu XI turda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzubsa, "Sabah" "Şamaxı" ilə heç-heçə edib – 2:2.

XI turun rəmzi komandası

Qapıçı: Yusif İmanov ("İmişli")

Müdafiəçilər: Roderik Miller ("Turan Tovuz"), Dioqo Rollo ("İmişli"), Arsen Ağcabəyov ("Şəfa")

Yarımmüdafiəçilər: Bafode Dansoko ("Şəfa"), Lukas Blek, Tiaqo Almeyda (hər ikisi "Sumqayıt"), Viçko Şevel ("Neftçi")

Hücumçular: Eren Aydın ("Zirə"), İsmael Akinade ("Qəbələ"), Abdullahi Şuaybu ("Şamaxı")

Qeyd edək ki, Misli Premyer Liqasında XII tura noyabrın 20-də start veriləcək.