Fransa millisi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Orelyen Çuameni zədələnib. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

 

Futbolçu toplanışı tərk edib və klubu "Real"ın düşərgəsinə qayıdacaq.

 

Fransa yığması Millətlər Liqasında sabah İtaliya, noyabrın 15-də isə Türkiyə ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Zinəddin Zidanın rəhbərlik etdiyi kollektiv 4 turdan sonra 10 xalla qrup lideridir.