"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi H qrupunun VI turunda Yunanıstanın "Mikonos" klubunu qəbul edib.
Təmsilçimiz rəqibini 84:80 hesabı ilə məğlub edərək qrupda ilk qələbəsini qazanıb.
Qeyd edək ki, "Neftçi" növbəti matçını noyabrın 18-də Latviyanın VEF "Riqa" komandasına qarşı keçirəcək.