UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq "Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub. Sport24.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Naxçıvan təmsilçisi oktyabrın 27-də Macarıstanın "Uypeşt", ertəsi gün Bosniya və Herseqovinanın "Buba Mara" komandaları ilə qarşılaşacaq. "Qırmızı-ağlar" qrupda son görüşünü oktyabrın 30-da "Piast"a (Polşa) qarşı keçirəcək.
Qeyd edək ki, V qrupun oyunları Polşanın Qlivice şəhərindəki "Prezero Arena"da keçiriləcək. Qarşılaşmaların başlama saatı hələ açıqlanmayıb.