Futzal üzrə Azərbaycan milli komandasının və "Araz-Naxçıvan"ın keçmiş baş məşqçisi Joze Alesio karyerasını BƏƏ-də davam edəcək. Sport24.az xəbər verir ki, braziliyalı mütəxəssis "Xor Fakkan" klubunda işləyəcək.

 

Artıq tərəflər arasında bir illik müqavilə imzalanıb.

 

Alesio "Araz-Naxçıvan"la Çempionlar Liqasında 3-cü, Azərbaycan millisi ilə isə Avropa çempionatında 4-cü yeri tutub.