Qana millisinin qapıçısı Benjamin Asarenin karyerasını Azərbaycanda davam etdirmək imkanı olub. Sport24.az-ın məlumatına görə, "Sumqayıt" 34 yaşlı qolkiperi icarə əsasında heyətinə qatmaq istəyib.

Hətta "kimyaçılar" bu məqsədlə Qananın "Hearts of Oak" klubu ilə anlaşmağa da yaxın olub.

Lakin iş icazəsi məsələsi transferin baş tutmasına mane olub. Məlumata görə, lazımi icazənin alınması üçün yeddi həftəyədək vaxt tələb olunub.

"Gənclik şəhəri" təmsilçisi isə qapıçı mövqeyini qısa zamanda gücləndirmək niyyətində olduğundan bu qədər gözləmək istəməyib və nəticədə transferdən imtina edib.

Xatırladaq ki, Benjamin Asare Qana millisinin heyətində DÇ-2026-da üç matçda meydana çıxıb.