Futbol üzrə UEFA Gənclər Liqasının əsas mərhələsində "Mançester Yunayted" - "Sabah" matçının hakimləri müəyyənləşib. Sport24.az xəbər verir ki, oyunu Belçikadan olan hakimlər briqadasına həvalə edilib.

 

Qarşılaşmanın baş hakimi Simon Burdohue olacaq. Ona Maykl Qeerolf və Yonas Van Duk kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakiminin adı isə hələ açıqlanmayıb.

 

Qeyd edək ki, UEFA Gənclər Liqasındakı qarşılaşma senyabrın 10-da Mançester şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.