AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

"Kəpəz" – "Şamaxı" oyununda "Kəpəz" komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün "Kəpəz" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

 

"Kəpəz" – "Şamaxı" oyununda "Şamaxı" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şamaxı" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

 

"Turan Tovuz" – "Sumqayıt" oyununda "Turan Tovuz" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Turan Tovuz" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

 

"Turan Tovuz" – "Sumqayıt" oyununda "Sumqayıt" komandasında 6 nəfər sarı vərəqə aldığı üçün "Sumqayıt" komandası 700 manat cərimə edilsin (maddə 43.1);