"Yuventus"un yarımmüdafiəçisi Manuel Lokatelli meniskisinin cırılması səbəbindən ən azı yanvar ayına qədər oynaya bilməyəcək. Sport24.az xəbər verir ki. bu barədə "juventusnews24.com" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, kapitan "Milan"la oyunda (1-1) zədələnib. Yarımmüdafiəçi əvvəlcə bunun sadəcə kiçik bir diz burxulması olduğunu düşünüb və həlledici oyunda meydanda qalmağa qərar verib. Oyun bitdikdən sonra oynağın vəziyyəti pisləşib.

 

İlkin müayinə zamanı sağ dizinin meniskisində cırılma aşkar edilib. Yarımmüdafiəçi Lionda əlavə müayinədən keçəcək. Zədə müalicə ilə sağlamayacağı təqdirdə onun Lionda əməliyyat olunması üçün hazırlıqlar görülür. Futbolçunun yalnız yanvardan sonra meydana qayıtması gözlənilir.

Lokatelli bu mövsüm "Yuventus"un hər üç rəsmi oyununda tam 90 dəqiqə oynayıb və bir məhsuldar ötürmə edib.