Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşüb. Sport24.az xəbər verir ki, Məmmədov bu barədə "X" hesabında paylaşım edib.
O, minifutbolun inkişafı, qarşıdakı layihələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını vurğulayıb:
"Minifutbolumuzun beynəlxalq arenada mövqeyinin daha da gücləndirilməsi istiqamətində əməkdaşlığımızı davam etdirəcəyik".