Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb. Sport24.az xəbər verir ki, "Baku Media Center" tərəfindən ərsəyə gətirilən videoçarxda Azərbaycan cüdosunun müxtəlif nəsillərini təmsil edən tanınmış idmançılar yer alıblar.

 

Çəkilişlərdə Azərbaycanın cüdo üzrə ilk dünya çempionu Elxan Məmmədov, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, həmçinin Avropa çempionatının gümüş mükafatçısı və Böyük Dəbilqə turnirlərinin altıqat qalibi Balabəy Ağayev iştirak ediblər.

 

Videoçarxda cüdonun özünəməxsus xarakteri və Azərbaycan cüdosunda nəsildən-nəslə ötürülən ənənələr vizual hekayə vasitəsilə əks etdirilib.

 

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.