Misli Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq. Sport24.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.

 

Bununla bağlı "Kəpəz" rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.

 

Qeyd edək ki, görüş sentyabrın 12-də keçiriləcək.