Azərbaycanın kişi cüdoçulardan ibarət millisi Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.

 

Milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesində Azərbaycan cüdoçuları ilə yanaşı, Niderland, Finlandiya və Qazaxıstan yığmaları da iştirak edir.

 

Toplanış çərçivəsində idmançıların fiziki və texniki-taktiki hazırlığının təkmilləşdirilməsinə yönəlmiş məşqlər keçirilir, eyni zamanda müxtəlif ölkələrin cüdoçularının iştirakı ilə randori sessiyaları təşkil olunur.

 

Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı milli komandanın qarşıdakı mühüm yarışlara - Macarıstandakı "Böyük Dəbilqə" turnirinə və Bakının ev sahibliyi edəcəyi cüdo üzrə dünya çempionatına hazırlıq proqramının bir hissəsidir.