"Real"ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının əsas mərhələsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının hazırkı vəziyyəti barədə danışıb.

"Real"ın əvvəlki dövrlərindən fərqli bir komanda olduğunu bildirən Mourinyo mövsümün çətin başladığını və sabitliyə ehtiyac duyulduğunu qeyd edib.

Təcrübəli çalışdırıcı "İnter"lə qarşılaşmada qələbə qazanmaq istədiklərini vurğulayıb:

"Betis"lə oyundakı kimi çıxış edib məğlub olmaq istəmirik. Məqsədimiz qalib gəlməkdir. Qarşıda səkkiz oyunluq seriya var və əsas hədəfimiz növbəti mərhələyə yüksəlməkdir".

Mourinyo "Real"da əvvəlki Çempionlar Liqası dönəmi ilə indiki vəziyyəti müqayisə etməyin düzgün olmadığını bildirib:

"Keçmiş artıq keçmişdə qalıb. O dövr başa çatıb. İndi tamam başqa mərhələdir".

Portuqaliyalı baş məşqçi "İnter"lə matçın vacibliyini qeyd etsə də, qarşılaşmanı mövsümün taleyini müəyyənləşdirən oyun kimi qiymətləndirməyib:

"Sabah qalib gəlmək istəyirik. Amma bundan sonra da oyunlarımız olacaq. Hər xal vacibdir".