"Real"ın hücumçusu Kilian Mbappe "Qızıl top" mükafatı ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, fransalı forvard "Real"da çıxış edən futbolçuların bu mükafat uğrunda mübarizədə daim diqqət mərkəzində olduğunu bildirib.
"Realda oynadığınız zaman insanlar sizi "Qızıl top"la əlaqələndirirlər. Bir çox insan mənimlə bu mükafat haqqında danışır. Bu, müsbət haldır. Bu yay tarix yazdım, amma nəticəni görəcəyik. Bunun üçün yaxşı il keçirməliyəm və insanların səs verməsini gözləməliyəm", – deyə Mbappe qeyd edib.
Mbappe həmçinin komandanın hücumda daha da inkişaf etməli olduğunu vurğulayıb:
"Təkcə mən və Vinisius deyil, hər birimiz inkişaf etməliyik. Hamı fərqlidir və ağıllı davranmalıyıq. Müqayisələri sevmirəm. Hamımız bu sahədə inkişaf etməliyik".
Fransalı futbolçu "İnter"lə Çempionlar Liqası matçı barədə də danışıb. O, "Santyaqo Bernabeu"nun əlavə motivasiya verdiyini və belə oyunlarda iştirak etməyin böyük zövq olduğunu bildirib.