"Barselona"nın sabiq futbolçusu Kristian Tello karyerasını bitirib. Sport24.az xəbər verir ki, bu barədə 35 yaşlı vinger sosial şəbəkə hesabında paylaşım edib.

 

O, "butslarını asmağa" qərar verdiyini açıqlayıb.

 

Tellonun son klubu Səudiyyə Ərəbistanıda "Palm Siti" olub. O, daha əvvəl "Barselona", "Fiorentina", "Betis", "Los Anceles Qalaksi", "Əl Fateh" kimi komandalarda forma geyinib.