"İnter" Françesko Pio Espozito ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı hücumçu cari mövsümdə A Seriyasında 3 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

 

"İnter" 3 turdan sonra 9 xalla turnir cədvəlində ikinci yerdədir.