"Milan"ın baş məşqçisi Ruben Amorim "Yuventus"la oyundan sonra komandasının çıxışını dəyərləndirib. Sport24.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "DAZN"-a açıqlamasında Turin təmsilçisinin məğlubiyyətə layiq olmadığını bildirib:
"Yuventus məğlubiyyətə layiq deyildi. Biz yaxşı oynamadıq və çox top itirdik. Hələ üzərimizdə görməli olduğumuz çox iş var. Bu, ən yaxşı performansımız deyildi. Sadə şeyləri etmək daha yaxşıdır. Topu itirdiyimiz zaman, xüsusilə Yuventusun çoxsaylı hücumçularla oynadığı anlarda ciddi çətinlik çəkdik. Müsbət məqam isə odur ki, matçın sonuna qədər qələbə qazana bilərdik".
Qeyd edək ki, dünən keçirilən "Yuventus"- "Milan" qarşılaşmasında 90+2-ci dəqiqədə Federiko Qattinin vurduğu qolla "qoca sinyora" məğlubiyyətdən son anda qurtulub. Görüş 1:1 hesabı ilə başa çatıb.