Qismət Alıyev Premyer Liqada 250-ci oyununu keçirib. Sport24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"nin kapitanının yubileyi çempionatın IV turuna təsadüf edib.

 

"Sabah"la görüşdə (0:5) 250-ci matçına çıxan futbolçu 15 qola imza atıb.

 

Debütü 2014/2015 mövsümünə təsadüf edən futbolçu 2 klubda forma geyinib. O, "Qəbələ"də 70 oyunda 1, "Zirə"də 180 matçda 14 dəfə fərqlənib.

 

Qeyd edək ki, Qismət Alıyev turnirin tarixinə 250 və ya daha çox oyun keçirən 78-ci futbolçu kimi düşüb.