MOİK-in yeni transferi Yusif Nəbiyevlə zədələnib. Sport24.az-a daxil olan məlumata görə, 29 yaşlı futbolçu məşqlərin birində zədə aldığı üçün I Liqanın ilk turunda "Şahdağ Qusar"la keçirilən qarşılaşmada iştirak etməyib.


Nəbiyevin zədəsinin bərpası üçün ən azı iki həftə vaxt tələb olunur.

Qeyd edək ki, MOİK mövsümün ilk turunda "Şahdağ Qusar"a 0:1 hesabı ilə məğlub olub.