Kişi həndbolçulardan ibarət "Kür" komandası EHF Avropa Kubokunda çıxışını başa vurub. Sport24.az xəbər verir ki, Mingəçevirdə keçirilən cavab matçında "Kür" Bosniya və Herseqovinanın "MRK Sloqa Doboy" klubuna 30:32 hesabı ilə məğlub olub.

 

İlk görüşdə də rəqibinə uduzan (26:38) təmsilçimiz iki oyunun yekununa əsasən mübarizəni dayandırıb.

 

Kişilərdən fərqli olaraq, "Kür"ün qadın komandası avrokuboklarda yoluna davəm edir. Kiprin APOEL klubunu keçərək III mərhələyə yüksələn həndbolçularımız bu raundda Şimali Makedoniyanın "Çair" komandası ilə qarşılaşacaqlar.

 

Qeyd edək ki, hər iki matç noyabrın 13-də və 15-də Mingəçevirdə baş tutacaq.