Futbol üzrə Türkiyə I Liqasında XII turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Mert Çelikin formasını geyindiyi "Sivasspor" səfərdə "Ümraniyespor"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Mert də bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 26 yaşlı mərkəz müdafiəçisi sona qədər meydanda qalıb. O, 88-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 12 turdan sonra 13 xal toplayan "Sivasspor" turnir cədvəlinin XIV pilləsində qərarlaşıb.