Kişilərdən ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunun II mərhələsindəki ilk görüşündə uğursuzluqla üzləşib. Sport24.az xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan qarşılaşmada Azərbaycan çempionu Bosniya və Herseqovinanın "MRK Sloqa Doboy" kollektivini qəbul edib. Meydan sahiblərinin müqavimətinə baxmayaraq, matç qonaqların 38:26 hesablı qələbəsi ilə başa çatıb.

 

Tərəflər arasında cavab oyunu oktyabrın 24-də yenə eyni idman kompleksində təşkil olunacaq.

 

Qeyd edək ki, qarşılaşmanın start düdüyü saat 17:00-da çalınacaq.