Belarus Milli Olimpiya Komitəsinin rəhbəri Viktor Lukaşenkonun sözlərinə görə, ikiqat Olimpiya çempionu Yevgeni Pluşenkonun oğlu, fiqurlu konkisürən Aleksandr Pluşenko Belarus yığma komandası adından çıxış etmək imkanını nəzərdən keçirib. Sport24.az xəbər verir ki, o, bu barədə TASS agentliyinə açıqlama verib:

 

"Bəli, Pluşenko ilə bağlı müzakirələr olmuşdu. Lakin sonda o, başqa ölkəni seçdi. Biz ruslara həmişə dəstək olmuşuq, ona görə də ona da dəstək olmaqdan məmnun olarıq".

 

2026-cı ilin mayında Rusiya Fiqurlu Konki Sürmə Federasiyası kiçik Pluşenkonun Azərbaycan millisinə keçidini təsdiqləyib. Bundan əvvəl idmançı Rusiya milli komandasının üzvü olmamışdı.

 

Qeyd edək ki, 13 yaşlı idmançı 2017-ci ildən "Pluşenkonun Mələkləri" ("Angels of Plushenko") akademiyasında məşq edir və atası ilə birlikdə buz şoularına qatılıb. 2025-ci ilin martında ilk dəfə ümumrusiya turniri olan Stanislav Juk Xatirə Turnirində 18-ci yeri tutub.