Ciddi zədələnməyinə baxmayaraq, PSJ Xviça Kvaratsxeliyanın müqaviləsini uzatmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 

 

Paris klubu 2032-ci ilə qədər qüvvədə olacaq razılaşma əldə etməyi planlaşdırır. Tərəflər arasında danışıqlar artıq başlayıb.

 

Paris klubunun planı 25 yaşlı gürcü vingeri komandanın ən çox maaş alan oyunçularından birinə çevirməkdir. Lakin klub rəhbərliyi müqavilə şərtlərini mövcud maliyyə məhdudiyyətləri çərçivəsində saxlamağı nəzərdə tutur.

 

Qeyd edək ki, Kvaratsxeliya Çempionlar Liqasının Liqa mərhələsində (3-cü tur) "Barselona"ya qarşı keçirilən oyunda (4:2) ön çarpaz bağlarının qopması səbəbindən təxminən 9 ay yaşıl meydanlardan kənarda qalacaq.