Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalında oyunları idarə edəcək hakimlərin sayı açıqlanıb. Sport24.az xəbər verir ki, yarışda ümumilikdə 81 hakim fəaliyyət göstərəcək.
Onlardan 75-i Azərbaycanı, altısı isə Türkiyə və Gürcüstan təmsilçiləri olacaq.
Millimizin iştirakı ilə keçiriləcək qarşılaşmaların idarəçiliyi əcnəbi hakimlərə həvalə ediləcək.
Qeyd edək ki, turnir Hövsan Yarış Kompleksində baş tutacaq. Mundialın açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.
Oktyabrın 30-da yekunlaşacaq yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.