AFFA prezidenti Rövşən Nəcəf Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, Nəcəf sosial şəbəkə hesabında turnirdə dünyanın 189 ölkəsindən gənc futbolçuların iştirak edəcəyini bildirib:

 

"Dünyanın 189 ölkəsindən gənc futbolçuların qatılacağı bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq. İnanıram ki, bu tədbir iştirakçılara beynəlxalq təcrübə, yeni dostluqlar və unudulmaz anlar qazandıracaq.

Millimiz də daxil olmaqla, bütün komandalara uğurlar arzulayıram. Əziz gənc futbolçular, böyük həvəslə oynayın, ədalətli mübarizə aparın və hər anından zövq alın.

Bəlkə də gələcəyin futbol ulduzları ilk böyük addımlarını məhz burada atacaqlar. Azərbaycana, Bakıya xoş gəlmisiniz!" 

 

Qeyd edək ki, yarış 22-30 oktyabr tarixlərləri aralığında keçiriləcək.