"Palmeyras" cari mövsümdə "Copa Libertadores" turnirinin ilk finalçısı oldu. Sport24.az xəbər verir ki, San-Paulu təmsilçisi "Fluminense"yə qarşı yarımfinal qarşılaşmasında penaltilər seriyasında qalib gələrək, ardıcıl ikinci il turnirin həlledici matçına vəsiqə qazandı.

 

İkinci yarımfinalda Argentina təmsilçisi "Estudiantes" Braziliya "Flamenqo"su ilə qarşılaşacaq. İlk oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb, cavab qarşılaşması isə bu gün gecə bş tutacaq.

 

"Copa Libertadores" turnirinin finalı noyabrın 28-də Uruqvayın paytaxtı Montevideoda keçiriləcək.

 

Qeyd edək ki, ötən ilki finalda "Palmeyras" "Flamenqo"ya 0:1 hesabı ilə məğlub olmuşdu.