"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun qrup mərhələsində bu gün növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, Azərbaycan təmsilçisi H qrupundakı üçüncü matçında İsveçrədə "Fribur Olimpik"in qonağı olacaq.
Matça saat 22:00-da start veriləcək.
"Neftçi" daha əvvəl müntəzəm mövsümdə Yunanıstan təmsilçisi "Mikonos"a (58:78) və Latviyanın VEF kollektivinə uduzub – 94:110.