"Borussiya"nın qapıçısı Qreqor Kobel Çempionlar Liqasında "Sabah"a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az UEFA-nın saytına istinadən xəbər verir ki, qolkiper 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Birinci hissədə daha bir-iki qol vurub, oyunu rahat keçirə bilərdik. Son həftələrə baxanda ən çox epizod yaratdığımız oyun oldu. Bu, müsbət haldır. Matçın taleyini erkən həll edə bilməməyimiz təəssüf doğurur".