Türkiyəli keçmiş futbolçu, məşhur idman şərhçisi Sinan Engin "Fənərbağça" klubunu sərt tənqid edib. Sport24.az xəbər verir ki, o, İstanbul təmsilçisinin UEFA Çempionlar Liqasına Çexiyanın "Slaviya" komandası ilə heç-heçə etməsindən sonra fikirlərini bölüşüb.

 

Daha əvvəl baş məşqçi kimi də fəaliyyət göstərən Sinan Engin Azərbaycanın "Sabah" klubunu nümunə göstərib:

 

"Azərbaycanımızın "Sabah" komandası bu rəqibi 2:0 məğlub etmişdi. "Slaviya" kənd və ya qəsəbə komandası səviyyəsindədir. Sizə ayıb olsun, utanmalısınız. Kənd komandası səviyyəsindədirlər və UEFA Çempionlar Liqasına qatılıblar. Onların heyətinə baxın. Hansı futbolçusunu "Qalatasaray"a, "Fənərbağça"ya və ya "Beşiktaş"a alarsınız?