"Məncə, çox yaxşı oyun oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Timoteuş Puxaç deyib.

Polşalı cinah müdafiəçisi Bakıda Dortmund "Borussiya"sına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının oyunundan sonra fikirlərini bölüşüb:

"Düşünürəm ki, sonda heç-heçə də edə bilərdik. Təbii ki, fərq futbolçuların fərdi keyfiyyətindədir. Rəqibin heyətində dünyanın ən yaxşı oyunçularından bəziləri çıxış edir. Buna görə də müəyyən fərqin olması təbiidir. Düşünürəm ki, nümayiş etdirdiyimiz oyun və qarşılaşma üçün hazırladığımız plan sayəsində heç-heçə edə bilərdik. Buna nail ola bilmədiyimiz üçün içimizdə bir qədər məyusluq var".

Puxaç UEFA Çempionlar Liqasının Liqa mərhələsində hər oyunun çətin keçdiyini vurğulayıb:

"Bu səviyyədə rəqabət apara bildiyimizi artıq göstərmişik. Üç xalımız var, bu gün isə ən azı heç-heçə edə bilərdik. Rəqibin çoxlu qol vəziyyəti yaratması normaldır. Çünki dünyanın ən yaxşı klublarından biridir. Artıq belə səviyyədə oynamaq bizə normal gəlir. Komandamız oyundan-oyuna inkişaf edir. UEFA Çempionlar Liqasında xal qazanmaq istəyirsənsə, hər şey mükəmməl olmalıdır".