Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo artıq yığmada oynamayacaq. Sport24.az xəbər verir ki, bu barədə "CNN Portugal" məlumat yayıb.

 

Bildirilir ki, Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa hər gün Ronaldo ilə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilmir – futbolçu zənglərə cavab vermir.

 

Bundan əlavə, Ronaldo özünü xəyanətə uğramış hiss etdiyi üçün noyabr ayında keçiriləcək Millətlər Liqası oyunları üçün milli komandaya dəvət olunmaq istəmir. Ulduz futbolçu artıq Federasiya rəhbərliyinə etibar etmir.

 

Mənbənin sözlərinə görə, Ronaldo ilə baş məşqçi Jezus arasındakı münaqişə artıq çox dərinləşib və tərəflərin barışması demək olar ki, qeyri-mümkün görünür.

 

Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası Ronaldonu 30 gün müddətinə millidən kənarlaşdırıb.