Hazırda HJK klubunda çıxış edən fin hücumçu Teemu Pukki, cari mövsümün sonunda peşəkar futbol karyerasını başa vuracağını açıqlayıb. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "Instagram" hesabında paylaşım edib.

 

Pukki Finlandiya millisinin heyətində keçirdiyi 133 oyunda 43 qol vuraraq, yığma tarixinin ən çox qol vuran futbolçusu olub. O, Finlandiyanın öz tarixində ilk dəfə Avropa Çempionatına vəsiqə qazanmasında mühüm rol oynayıb.

 

Qeyd edək ki, hücumçu klub səviyyəsində "Norviç Siti"nin heyətində iki dəfə – 2018/19 və 2020/21 mövsümlərində Çempionşipin qalibi olub. 2018/19 mövsümündə 29 qol vuran Pukki həm liqanın bombardiri, həm də "mövsümün ən yaxşı oyunçusu" seçilib. O, karyerasın ərzində Finlandiya və Şotlandiya çempionu olmaqla yanaşı, Danimarka kubokunu da başı üzərinə qaldırıb.