Sergen Yalçın Türkiyə millisinin yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

O və onun məşqçilər heyəti ilə dörd illik müqavilə imzalanacaq.

 

Yalçın futbolçu kimi Türkiyə millisində 37 oyuna çıxıb, 5 qol vurub. 1996 və 2000-ci il Avropa çempionatlarında iştirak edib.

 

Məşqçilik karyerası ərzində Yalçın bir sıra Türkiyə klublarına rəhbərlik edib. O iki fərqli dövrdə "Beşiktaş"ın "sükanı arxasında" olub. Yalçın 2020/21 mövsümündə komandaya həm Türkiyə çempionluğunu, həm də Türkiyə Kubokunu qazandırıb. Bununla da o, klub tarixində həm futbolçu, həm də baş məşqçi kimi ölkə çempionluğunu qazanan ilk şəxs olub.

 

Qeyd edək ki, o, həmçinin məşqçi karyerası ərzində "Antalyaspor", "Malatyaspor", "Alanyaspor", "Konyaspor", "Eskişehirspor", "Kayserispor", "Qaziantepspor" və "Sivasspor" klublarına rəhbərlik edib.