"Barselona"nın müdafiəçisi Xavi Espart karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Arsenal" ispaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "El Nacional" nəşri məlumat yayıb.
La Liqa nəhəngi Espartı satmaq niyyətində deyil. Lakin 80 milyon avroluq təklif gəlsə, dəyərləndirilə bilər.
Qeyd edək ki, Xavi Espart "Barselona"nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.