Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) yeni sədrini müəyyənləşdirib. Sport24.az xəbər verir ki, bu vəzifəyə ingiltərəli sabiq hakim Entoni Teylor təyin olunub.

 

Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

 

O, istefa verən Ferhat Gündoğdunu əvəzləyib.

 

Buna qədər Türkiyədə elit hakimlər üzrə direktor vəzifəsində çalışan Teylor federasiyanın İdarə Heyətinin qərarı ilə yeni posta gətirilib.

 

MHK-nın üzvlüyünə isə Alan Snoddi, İqor Radoyiçiç və Barış Şimşek təyin ediliblər.

 

Qeyd edək ki, Entoni Teylor uzun illər İngiltərə Premyer Liqasında və UEFA-nın təşkil etdiyi beynəlxalq turnirlərdə hakimlik edib.