İtaliyanın "Udineze" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisinin yeni transfer David Alaba sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Avstriyalı mərkəz müdafiəçisinin sağ baldır əzələsində gərilmə olduğu müəyyən edilib. 34 yaşlı futbolçu artıq bərpa prosesinə başlayıb. Onun meydanlara nə vaxt qayıdacağı barədə dəqiq vaxt hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, David Alaba ötən ay "Udineze"yə qoşulub. Təcrübəli müdafiəçi komandanın heyətində cəmi 2 rəsmi matçda meydana çıxıb.