AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə D kateqorayilı məşqçi kursunun növbəti təlimlərinə 20 oktyabr tarixində start verilib. Sport24.az xəbər verir ki, kursun açılış mərasimində AFFA Futbol Layihələri şöbəsinin rəhbəri Fərid Nağdaliyev D kurslarının mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.

 

BFF prezidenti Tahir Süleymanov çıxış edərək iştirakçılara uğurlar arzulayıb.

 

AFFA təlimçisi İlham Əzizzadə kursa hazırlığın yüksək səviyyədə olduğunu qeyd edərək təşkilatçılara təşəkkür edib və yaradılan şəraitin tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.

 

AFFA tərəfindən qəbul edilimiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq Bayıl stadionundakı Futbol İnkişaf Mərkəzində təşkil edilən üç günlük kursa 25 nəfər cəlb edilib.

 

Təlim AFFA-nın məşqçi-təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.

 

Kursun əsas məqsədi iştirakçıların futbol məşqçiliyi sahəsində nəzəri biliklərini artırmaq, praktiki bacarıqlarını inkişaf etdirmək və onların gələcək məşqçilik fəaliyyətinə hazırlanmasına dəstək olmaqdır.

 

Qeyd edək ki,Kursun sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.