"Sabah" bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində Dortmund "Borussiya"sı ilə qarşılaşır.

 

Bakı Olimpiya stadionunda baş tutcaq görüşün start fiti saat 20:45-də səslənəcək.

 

Oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi isə Xavyer Alberola Roxasdır.

 

Qeyd edək ki, geridə qalan 2 yutdan sonra "Sabah" Turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. "Bayquşlar" ilk oyunda səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzsa da, ikinci turda Bakıda Çexiya təmsilçisi "Slaviya"nı 2 cavasız qolla məyus edərək aktivinə 3 xal yazdırmağı bacarıb.   

Almaniya klubu isə 3 xalla  (1 qələbə, 1 məğlubiyyət) 18-ci yerdədir.

 

Çempionlar Liqası

Liqa mərhələsi, III tur

 

20:45 "Sabah" - "Borussiya" (Dortmund, Almaniya) 0:1 (Birinci hissə)

Qol: Qirassi, 10.

 

Hakimlər: Xavyer Alberola Roxas, Alfredo Rodriges Moreno,  Karlos Alvares Fernandes, Viktor Qarsiya Verdura (hamısı İspaniya).

VAR: Sesar Soto Qrado (İspaniya)

AVAR: Valentin Qomes (İspaniya)

Bakı. Olimpiya Stadionu.

 

"Sabah": 92 Stas Pokatilov (k), 3 Stiv Solvet, 4 Eyden Makkarti, 7 Umarali Raxmonaliyev, 11 Kahim Parris, 13  İvan Lepiniça, 20 Coy Lens Mikels, 21 Velko Simiç, 27 Timoteuş Puxaç, 37 Du Keyros, 80 Akim Zedadka.

 

Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov, 5 Rəhman Daşdəmirov, 6 Abdulax Xaybulayev, 8  Kristian Nvaçukvu, 9 Xəyal Əliyev, 10 Aleksey İsayev, 17 Tellur Mütəllimov, 33 Erivaldo Almeyda, 34 Ksander Severina, 88 Rodriqo Fernandeş , 99 Patrik Mbina.

 

"Borussiya" (Dortmund): 1 Kobel, 3 Anton, 4 Şlotterbek (k), 5 Bensebaini, 8 Nmeça, 9 Qirassi, 17 Çukvuemeka, 21 Fabio Silva, 24 Svensson, 25 Ferman, 26 Ryersson.

 

Ehtiyat oyunçular: 30 Dreqs, 33 Meyer, 7 Bellinqem, 14 Beyer, 18 Nvaneri, 20 Sabitser, 22 Qadou, 39 Mane, 40 İnasio, 41 Albert, 44 Dos Santos, 49 Reqyani.