"Qalatasaray"dan ayrıldıqdan sonra klubsuz qalan Mauro İkardi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Tottenham" və "Everton" azad agent statusunda olan argentinalı hücumçunu heyətinə qatmaq variantını nəzərdən keçirir.

 

Bu barədə "TYC Sports" nəşri məlumat yayıb.

 

PAOK, "Elçe", "Betis", "Beşiktaş" və "Benfika" ulduz futbolçu uğrunda mübarizədə yer alır. Braziliya təmsilçiləri "Atletiko Mineyro" və "San Paulo" da 33 yaşlı forvardla maraqlanır.

 

Qeyd edək ki, Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edirdi. Ulduz futbolçu 2025/26 mövsümündə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 47 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.