FIBA Avropa Kubokunun müntəzəm mövsümündə keçirilməsi planlaşdırılan "Rilski Sportist" (Bolqarıstan) – "Gəncə" oyunu təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Oyun səfərlə bağlı yaranmış çətinliklər səbəbindən nəzərdə tutulan vaxtda baş tutmayacaq.

 

C qrupunun qarşılaşmasının oktyabrın 21-də Samokov şəhərində təşkili nəzərdə tutulmuşdu.