FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinqini açıqlayıb. Sport24.az xəbər verir ki, Azərbaycan yığması 1317.93 xalla 75-ci sırada qərarlaşıb.

 

Millinin mövqeyi əvvəlki siyahı ilə müqayisədə dəyişməyib.

 

Reytinqə 2121.50 əmsalla İspaniya başçılıq edir.

 

Qeyd edək ki, ABŞ yığması 2042.38 xalla ikinci pillədə qərarlaşıb. "Üçlüy"ü 2034.62 xalla ALmaniya tamamlayır.