"Liverpul" iki yarımmüdafiəçini – "Bornmut"dan Aleks Skottu və "Monako"dan Lamin Kamaranı heyətinə qatmağı nəzərdən keçirir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib. 

 

Andoni İraolanın təyinatından sonra Aleks Skott Mersisayd təmsilçisi üçün prioritet transfer hədəfinə çevrilib. İngilis yarımmüdafiəçi daha əvvəl "Bornmut"da ispan mütəxəssisin rəhbərliyi altında çıxış edib. 23 yaşlı futbolçunun transferi "Liverpul"a təxminən 100 milyon funt-sterlinqə başa gələ bilər. Oyunçuya "Çelsi" də maraq göstərir.

 

Lamin Kamara isə yarımmüdafiə xəttini gücləndirmək üçün daha əlçatan bir variantdır. Ötən yay seneqallı futbolçu "Çelsi"yə keçməyə yaxın olsa da, danışıqların son mərhələsində "Monako" sövdələşmədən imtina etmişdi.

 

"Transfermarkt" portalına əsasən, Aleks Skottun bazar dəyəri 70 milyon, Lamin Kamaranınkı isə 55 milyon avro təşkil edir.

 

Qeyd edək ki, "Liverpul" hazırda turnir cədvəlində beşinci pillədə qərarlaşıb və lider "Mançester Siti"dən doqquz xal geri qalır.