"Turan"ın qadınlardan ibarət voleybol komandası bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxacaq. Sport24.az xəbər verir ki, Tovuz klubu turnirin II təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Mladost" ilə üz-üzə gələcək.

 

Tovuz Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. 

 

Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.