Bu gün II Liqada 8-ci tura yekun vurulur. Sport24.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

"Şəki" Zaqatalada "Zəngəzur"u, "Qaradağ Lökbatan" isə "Dinamo"nu qəbul edəcək.

 

Qeyd edək ki, turun başa çatan görüşlərində "Hypers" "Ağdaş"ı (2:1), "Şirvan" "Ağstafa Gəncləri"ni (3:2) məğlub edib. "Kür-Araz" ö meydanında "Marafon"a (1:7) yenilib. "Şəmkir" "Difai" matçında isə qalib müəyyənləşməyib - 0:0.

 

II Liqa

VIII tur

 

15:00."Şəki" – "Zəngəzur"
Hakimlər: Rasim Musayev, Əkbər Əliyev, Ruslan Babayev, Mehdi Yusifov
Zaqatala OİK stadionu

15:00."Qaradağ Lökbatan" – "Dinamo"
Hakimlər: Rəsul Babayev, Rizvan Süleymanov, Əhməd Əhmədsoy, Ləman Əmirli
Lökbatan OİK stadionu