"Neftçi"nin futbolçusu Breno Almeyda karyerasını Yunanıstanda davam etdirə bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

PAOK 28 yaşlı vingerin xidmətində maraqlıdır. Yunanıstan təmsilçisinin qış "transfer pəncərəsi"ndə braziliyalı futbolçu üçün "Neftçi"yə rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilir.

Yay transfer dönəmində Avstriyanın "Avstriya" və Macarıstanın "Ferentsvaroş" klubları da Almeydanı heyətinə qatmaq istəyib. Lakin "Neftçi" onların 1 milyon avroluq təklifini geri çevirib.

2026-cı ilin fevralında "Neftçi"yə keçən Breno Almeydanın Bakı klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Braziliyalı futbolçu hazırda 7 qolla Misli Premyer Liqasının bombardiridir.