Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılşma baş tutacaq.
Turun mərkəzi qarşılaşmasında PSJ "doğma divarlar" arasında "Barselona"nı qəbul edir. "Fənərbağça" isə İstanbulda "Slaviya" ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. "Fənərbağça" (Türkiyə) – "Slaviya" (Çexiya)
20:45. "Sabah" (Azərbaycan) – "Borussiya" (Dortmund, Almaniya)
23:00. PSJ (Fransa) – "Barselona" (İspaniya)
23:00. "Liverpul" (İngiltərə) – "Vilyarreal" (İspaniya)
23:00. "Mançester Siti" (İngiltərə) – AEK (Afina, Yunanıstan)
23:00. "Roma" (İtaliya) – "Slovan" (Slovakiya)
23:00. "Portu" (Portuqaliya) – PSV (Niderland)
23:00. "Napoli" (İtaliya) – "Budyo-Qlimt" (Norveç)
23:00. "Ştutqart" (Almaniya) – "Atletiko" (İspaniya)