"Sabah" bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində Dortmund "Borussiya"sı ilə qarşılaşır.

 

Bakı Olimpiya stadionunda baş tutcaq görüşün start fiti saat 20:45-də səslənəcək.

 

Oyunu İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi isə Xavyer Alberola Roxasdır.

 

Qeyd edək ki, geridə qalan 2 yutdan sonra "Sabah" Turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. "Bayquşlar" ilk oyunda səfərdə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzsa da, ikinci turda Bakıda Çexiya təmsilçisi "Slaviya"nı 2 cavasız qolla məyus edərək aktivinə 3 xal yazdırmağı bacarıb.   

Almaniya klubu isə 3 xalla  (1 qələbə, 1 məğlubiyyət) 18-ci yerdədir.

 

Çempionlar Liqası

Liqa mərhələsi, III tur

 

20:45 "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)

Hakimlər: Xavyer Alberola Roxas, Alfredo Rodriges Moreno,  Karlos Alvares Fernandes, Viktor Qarsiya Verdura (hamısı İspaniya).

VAR: Sesar Soto Qrado (İspaniya)

AVAR: Valentin Qomes (İspaniya)

Bakı. Olimpiya Stadionu.